...

Mərkəzi Bank: "ASAN Ödəniş" Azərbaycanda nağdsız ödənişlərin inkişafını stimullaşdırmağa imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2014 17:59 (UTC +04:00)
"ASAN Ödəniş" sadələşdirilmiş ödəniş qəbulu sistemi Azərbaycanda nağdsız ödənişlərin inkişafını stimullaşdırmağa imkan verəcək.
Mərkəzi Bank: "ASAN Ödəniş" Azərbaycanda nağdsız ödənişlərin inkişafını stimullaşdırmağa imkan verəcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Əliyev/

"ASAN Ödəniş" sadələşdirilmiş ödəniş qəbulu sistemi Azərbaycanda nağdsız ödənişlərin inkişafını stimullaşdırmağa imkan verəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının fərmanına görə, "ASAN Ödəniş" məhkəmənin qərarı ilə müxtəlif inzibati cərimə və vəsaitlərin ödənişini təmin edən alət olacaq: "O, mobil qurğular, xüsusi terminal və digər yollarla həyata keçiriləcək".

A.Quliyev qeyd edib ki, AMB "ASAN Ödəniş"in dövlət ödənişləri elektron portalına inteqrasiyası üzrə ASAN xidmət mərkəzləri ilə birgə iş aparır: "Biz, həmçinin bu istiqamətdə bank sektoru ilə əməkdaşlıq edəcəyik. "ASAN Ödəniş" sisteminin tətbiqi ölkədə nağdsız ödənişləri inkişafı və stimullaşdırılması üzrə daha bir vacib addım olacaq".

O bildirib ki, 5 kommunal xidmət və hökumət strukturlarının daxili informasiya sistemləri dövlət ödənişlər portalına inteqrasiya olunub: "Portal üzrə sənədlərin sayı il ərzində 4,3 faiz artaraq 24 milyon ədədə çatıb. Ödənişlərin həcmi isə 48,2 faiz artaraq 713 milyon manat təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti