...

SAZZ 4G İnternet Novruz bayramı kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 11:09 (UTC +04:00)
Qarşıdan gələn Novruz bayramı münasibəti ilə mart ayının 15-dən etibarən Sazz 4G İnternet provayderi ənənəvi hədiyyə günləri keçirəcək.
SAZZ 4G İnternet Novruz bayramı kampaniyasına başlayır

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qarşıdan gələn Novruz bayramı münasibəti ilə mart ayının 15-dən etibarən Sazz 4G İnternet provayderi ənənəvi hədiyyə günləri keçirəcək. Martın 30-dək davam edəcək kampaniya günlərində abunəçi olmaq istəyənlərə Sazz USB fleş modemi və bir aylıq pulsuz İnternet hədiyyə olunacaq. Hədiyyələri əldə etmək üçün iki aylıq abunə haqqını ödəmək kifayətdir.

Qeyd edək ki, Sazz İnternetin "Yeniyetmə" adlı filtrlənmiş İnternet paketini əldə edənlərə də eyni şərtlərlə hədiyyə təqdim olunacaq.

Novruz kampaniyası Sazz 4G Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz 4G satış nöqtələrində keçiriləcək. Sazz 4G xidmətləri haqqında daha geniş məlumatları www.sazz.az saytından, Sazz 4G feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə həftənin bütün günləri işləyən istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.

SAZZ 4G genişzolaqlı simsiz İnternet xidməti Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Quba, Qusar və Xaçmaq şəhərlərində xidmət göstərir. Tezliklə provayder Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti