...

Heydər Əsədov: Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2014 11:57 (UTC +04:00)
Müxtəlif ölkələrdən olan sahibkarlar Azərbaycanın aqrar sektoruna getdikcə daha böyük maraq göstərirlər.
Heydər Əsədov: Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Əliyev/

Müxtəlif ölkələrdən olan sahibkarlar Azərbaycanın aqrar sektoruna getdikcə daha böyük maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda "WorldFood Azerbaijan" və "Agrihort Azerbaijan" beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgilərinin açılışında bildirib.

Nazir deyib ki, bu il sərgidə dünyanın 36 ölkəsindən 240-dan artıq şirkətin iştirakı artan marağın göstəricisidir.

Onun sözlərinə görə, dövlət başçısının kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra mühüm sərəncamları mövcud uğurlara gətirib çıxarıb: "Həmin sərəncamlar aqrar-sənaye kompleksində müasir texnologiyaların tətbiqinə kömək edib. Nəticədə son beş ay ərzində Azərbaycan bir sıra kənd təsərürfatı məhsulları ilə özünün tam təmin olunmasına nail olub".

H.Əsədov bildirib ki, bundan əlavə, belə tədbirlərin keçirilməsi Azərbaycan bazarını potensial alıcılara təqdim etməyə imkan verir: "Əcnəbi qonaqlar Azərbaycanda bu sahənin vəziyyəti, investisiya mühiti və istehsal olunan məhsullarla tanış ola bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti