...

Bolkart-dan böyük bayram nağdlaşdırması kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 11:32 (UTC +04:00)
Qarşıdan gələn 28 May - Respublika Günü münasibəti ilə “Bank of Baku” Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyası elan edir.
Bolkart-dan böyük bayram nağdlaşdırması kampaniyası

Azərbaycan, Bakı, 23 may /Trend/

Qarşıdan gələn 28 May - Respublika Günü münasibəti ilə "Bank of Baku" Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyası elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, 22-28 may 2014-cü il tarixləri arasında Bolkart sahibləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.

Kartını nağdlaşdıran şəxslər iyulun 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3 %-dir.

Bolkartı nağdlaşdırmaq üçün "Bank of Baku"-nun istənilən bankomatına üz tutulmalıdır. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/

Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər faydalı imtiyazlarından bəhrələnir. Bolkart MasterCard sahibləri isə Azərbaycanda, xarici ölkələrdə və internetdə alış-veriş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti