...

İran azərbaycanlı investorları "Maku" azad ticarət zonasına sərmayə qoymağa çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 11:08 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın iş adamlarını "Maku" azad ticarət zonasına sərmayə qoymağa dəvət edib.
İran azərbaycanlı investorları "Maku" azad ticarət zonasına sərmayə qoymağa çağırıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ü.Niayeş/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın iş adamlarını "Maku" azad ticarət zonasına sərmayə qoymağa dəvət edib.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir bu dəvəti İranın Qərbi Azərbaycan əyalətində yerləşən "Maku" azad ticarət zonasına səfəri zamanı səsləndirib.

M.Pakayin "Maku" azad ticarət zonasının İran-Avropa tranzit yolu üzərində yerləşdiyini, zəngin yeraltı sərvətlərin və kənd təsərrüfatı üçün əlverişli torpaqların olduğunu qeyd edib və deyib ki, regionun iş adamları və rəsmilərinin əməkdaşlığı bu bölgənin inkişafına müsbət təsir göstərəcək.

"Maku" azad ticarət zonasının icraçı direktoru Hüseyin Foruzan da M.Pakayinlə görüşdə qonşu ölkələr, o cümlədən Azərbaycanla əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb: "İran və Azərbaycanın ikitərəfli əməkdaşlığı, xüsusilə "Maku" azad ticarət zonasında elə səviyyəyə çatmalıdır ki, bütün region üçün nümunə olsun".

Qeyd edək ki, "Maku" İranın azad ticarət zonalarından biridir və 2010-cu il avqust ayında yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti