...

Regionlararası forumun iştirakçıları Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 17:59 (UTC +04:00)
Prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilib və iki ölkə arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
Regionlararası forumun iştirakçıları Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul ediblər

Azərbaycan, Qəbələ, 24 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilib və iki ölkə arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Trend-in məlumatına görə, bu barədə Qəbələdə keçirilən "Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları" mövzusunda V Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyilir.

Müraciətdə bildirilir: "Hər iki ölkədən parlament üzvlərinin, regionların, dövlət orqanlarının, özəl şirkətlərin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin inkişafının əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Təşkil edilən "dəyirmi masa"lar çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının perspektivləri ətraflı müzakirə olunub".

İştirakçılar qeyd ediblər ki, iş adamları forumda hər iki ölkənin regionlarının potensial investisiya layihələri ilə tanış olub, qarşılıqlı faydalı və uzunmüddətli kooperasiya əlaqələrinin qurulması üçün birbaşa əlaqə yaratmaq imkanı əldə ediblər.

Sənəddə bildirilir: "Forum çərçivəsində 6 idarələrarası saziş və 5 biznes-kontrakt imzalanıb. Forumun tədbirləri mehriban və səmimi şəraitdə keçib ki, bu da xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinə tam uyğundur. Bu cür tədbirlərin keçirilməsi liderlərimizin siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın möhkəmlənməsinə sanballı töhfə verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti