...

"Bank of Baku" bonus kartı saytının rusdilli versiyasını istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2014 17:10 (UTC +04:00)
“Bank of Baku” www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib.
"Bank of Baku" bonus kartı saytının rusdilli versiyasını istifadəyə verib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Bank of Baku" www.bolkart.az saytının rusdilli versiyasını istifadəyə verib.

Belə ki, saytda istifadəçilər kartın aktiv kampaniyaları, axtarış sistemi, onlayn kalkulyator, yeni tərəfdaş şirkətlər, mağazaların reytinq səsverməsi, şəxsi kabinet və s. kimi funksiyardan faydalana bilərlər. Bu barədə Trend-ə cümə günü bankdan məlumat verilib.

Hazırda Bolkart istifadəçiləri tərəfindən ən çox istifadə edilən xidmətlərdən biri şəxsi kabinet funksiyasıdır. Bu sistem vasitəsilə Bolkart sahibləri 24/7 iş rejimində alış-verişlərinə nəzarət edə bilirlər. Şəxsi kabinet vasitəsilə hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi rahatlıqla həyata keçirilir.

Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkart-dan geniş istifadə edir.

Ətraflı məlumat üçün:

www.facebook.com/Bolkart

www.bolkart.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti