Azərbaycan, Bakı, 24 iyul /Trend/
Ramazan bayramı ilə əlaqədar "Bank of Baku" Bolkart sahibləri üçün nağd pul kampaniyasına start verir.
24-28 iyul tarixləri arasında Bolkart istifadəçiləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri 10 avqust tarixinədək deyil, sentyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanırlar. Kartdakı bütün vəsait nağdlaşdırıla bilər. Nağdlaşdırmanın komissiya haqqı 2% (min. 2 AZN) təşkil edir.
Nağlaşdırma funksiyası daim açıq olan Bolkartlar nağlaşdırma kampaniyasında iştirak etmirlər.
Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkartla alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkartın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard sahibləri isə Azərbaycanda, xarici ölkələrdə və internetdə alış-veriş edirlər.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart