...

“Bank of Baku” Bolkart sahibləri üçün əlverişli alış-veriş kampaniyası elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2014 12:20 (UTC +04:00)
“Bank of Baku” Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli alış-veriş kampaniyası elan edir.
“Bank of Baku” Bolkart sahibləri üçün əlverişli alış-veriş kampaniyası elan edir

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Bank of Baku" Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli alış-veriş kampaniyası elan edir. 29 avqust - 7 sentyabr 2014-cü il tarixlərində Bolkart şəbəkəsinə aid bir sıra mağazalarda alış-veriş edən kart sahibləri ödənişlərini 3 AY SONRA həyata keçirə bilərlər. Trend bankın məlumatına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyatlara görə, Bolkart sahibindən hər hansı faiz və ya komissiya tutulmur.

Beləliklə, avqust ayında Bolkartla alış-veriş edən kart sahibləri 10 noyabr tarixinə qədər, sentyabrda alış-veriş edənlər isə onun dəyərini dekabrın 10-dək əlavə xərcsiz ödəyə bilərlər.

Bu kampaniyada Bolkart şəbəkəsinin aşağıda qeyd edilən mağaza, ticarət mərkəzi və supermarketlər iştirak edir:Yayqan, Nil, Lekal, Karandaş, Oyal, Gənclik T.M., Səbət Market, Fresco Supermarket, Bolmart, Bizim Market, Favorit Market, Macro Market, Neptun, ARAZ Market, Rahat Market, Everest market, LİDER-AS, City Mart, Optimal Market, Məhəllə Market, Premier market, Bal Supermarket, Sizin market, Fialka, Megastore, Sarı Market, Alvadı Market, Abşeron Market, Yolüstü Market, Hyper Market, Gross Market, SPAR SUPERMARKET , Qardaşlar Market, Mərdəkan Market, Təbriz market, Aygün market,Universam market, Sevimli market, MONO MARKET, NEW STORE(Şirvan), Elit Market, Zümrüd Market(Şəki), Lider Market(Şəki).

Bu kampaniya barədə ətraflı məlumat üçün:

www.facebook.com/Bolkart

www.bolkart.az

145 Məlumat Mərkəzi

Bolkart yaz, 8145-ə SMS göndər.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Məqalədə:
Xəbər lenti

Xəbər lenti