...

BOLKART-dan növbəti nağdlaşdırma kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Yeni tədris ili ərəfəsində Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını qarşılamaq üçün "Bank of Baku" nağdlaşdırma kampaniyası elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, 5-10 sentyabr 2014-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri oktyabrın 10-dək möhlətli ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 2 %-dir (min. 2 AZN). Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.

10 oktyabradək borcu bağlaya bilməyən müştərilər, qalıq borcuna görə hər ay 2,5% komissiya ödəməklə məbləğin qaytarılmasını kartın müddətinin sonunadək uzada bilər.

Bolkartı nağdlaşdırmaq üçün "Bank of Baku"-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/

Nağdlaşdırma funksiyası daim açıq olan Bolkartlar nağdlaşdırma kampaniyasında iştirak etmirlər.

Beləliklə, indi hər bir Bolkart sahibi alış-veriş üçün nağd pulu kartı vasitəsilə rahat əldə edə bilər.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Ətraflı məlumat: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti