...

Azərbaycandakı sürüşmə zonalarında tikinti məhdudlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 12:52 (UTC +04:00)
Azərbaycanda sürüşmə zonalarında yerləşən torpaq sahələrinin mülkiyyətə verilməsi məhdudlaşdırılacaq.
Azərbaycandakı sürüşmə zonalarında tikinti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda sürüşmə zonalarında yerləşən torpaq sahələrinin mülkiyyətə verilməsi məhdudlaşdırılacaq. Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Baş nazirin birinci müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə Abşeron yarımadasında sürüşmə zonalarının xəritəsini hazırlayıb: "Yaxın vaxtlarda sürüşmə zonalarında yerləşən torpaq sahələrinin istifadəyə verilməməsinə dair sərəncam və ya qərar qəbul ediləcək. Buna yalnız xüsusi qərar əsasında icazə verilə bilər".

A.Şərifov deyib ki, vətəndaşlar və bəzi strukturlar bilməlidirlər ki, sürüşmə zonalarında obyektlərin tikilməsinə icazə verilmir. Hətta əgər bu tikinti daha əvvəldən aparılsa da, lazımi hazırlıq işləri görülməlidir.

Bir müddət əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Abşeron yarımadasında antropogen və texnogen fəaliyyətlər səbəbindən bir çox sürüşmə zonalarında mövsümün başlaması ilə əlaqədar aktivlik artıb.

Abşeron yarımadasında sürüşmə zonalarının xəritəsinə 12 ərazi daxildir. Həmin ərazilər yarımadanın şərqində, qərbində və cənub hissəsində yerləşirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti