...

Bakı-Düşənbə reysinin taleyi nə yerdə qaldı?

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2015 20:42 (UTC +04:00)
Tacikistanın nəqliyyat naziri Şerali Qancalzodə ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Bakı-Düşənbə reysinin taleyi nə yerdə qaldı?

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Tacikistanın nəqliyyat naziri Şerali Qancalzodə ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, A.Həsənov yeni təyinat münasibətilə naziri öz adından və azərbaycanlı həmkarı Ziya Məmmədovun adından təbrik edib, ona işlərində uğurlar arzulayıb.

Görüşün əsas mövzusu Düşənbə-Bakı-Düşənbə reysinin bərpa edilməsi məsələsi olub. Tərəflər bu sahədə danışıqların müsbət istiqamətdə getdiyini məmnunluqla bildiriblər və reysin rentabelli olması üçün fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanla Tacikistan arasında imzalanmış 30-dan çox sənədin əsaslı hüquqi baza yaratdığı qeyd edilib. Bu sənədlərin reallaşması üçün birbaşa hava reysinin bərbasının vacibliyi bir daha vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti