...

"Paşa Bank" MDB-də pulların yuyulmasının qarşısını almaq üçün həll tətbiq etmiş ilk bank oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2015 14:01 (UTC +04:00)
Azərbaycanın ən iri maliyyə institutlarından biri olan "Paşa Bank" MDB-də terrorizmin maliyyələşdirilməsinin və pulların yuyulmasının qarşısının alınması üçün proqram kompleksini quraşdıran və uğurla istifadə edən ilk bank oldu.
"Paşa Bank" MDB-də pulların yuyulmasının qarşısını almaq üçün həll tətbiq etmiş ilk bank oldu

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycanın ən iri maliyyə institutlarından biri olan "Paşa Bank" MDB-də terrorizmin maliyyələşdirilməsinin və pulların yuyulmasının qarşısının alınması üçün proqram kompleksini quraşdıran və uğurla istifadə edən ilk bank oldu.

Bankdan bazr ertəsi Trend-ə verilən məlumata əsasən, en.SafeWatchFiltering və en.SafeWatchProfiling adlı proqram təminatdan ibarət olan yeni sistemi "Paşa Bank"a müxtəlif mənbələrdən daxil olan çoxsaylı informasiyanı inteqrasiya edərək təhlil etməyə və mümkün maliyyə təhlükələrini və risklərini vizuallaşdırmağa imkan verir. Proqram kompleksi EastNets şirkəti tərəfindən hazırlanmışdır və Financial Service Bureau ilə birgə əməkdaşlıqda tətbiq olunub.

"Paşa Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, "Paşa Bank" regionda SafeWatch Filtering və SafeWatch Profiling kimi müasir həlləri tətbiq edən ilk bankdır. Bu texnologiyalar Azərbaycanın aparıcı maliyyə institutlarından biri kimi bizə beynəlxalq tələblərə, Anti Money Laundering siyasətinə tələb olunan uyğunluğu təmin etməyə, yəni lazımi məlumatları "qara siyahılar"la tutuşdurmağa və 5 siyahı - OFAC, UN, EU, Bank of England və SECO üzrə şübhəli əməliyyatların həyata keçirilməsinin qarşısını almağa imkan verir. Bir sözlə, biz real vaxt rejimində bütün mümkün risklərin təhlilini aparır və müştərilərimizin maraqlarının keşiyində dururuq".

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"Paşa Bank "Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti