...

NIKOIL | BANK-la dünyanı səyahət et!

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 12:02 (UTC +04:00)
“NİKOYL” İKB ASC cari ilin 31 avqustuna qədər davam edəcək NIKOIL | Səyahət yay əmanət aksiyasına start verir.
NIKOIL | BANK-la dünyanı səyahət et!

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"NİKOYL" İKB ASC cari ilin 31 avqustuna qədər davam edəcək NIKOIL | Səyahət yay əmanət aksiyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya 2 iyun - 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilərə aiddir. Müştərilər əmanətlərini 16%-dək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər.

Müştərilər hər biri 1 000 AZN dəyərində olan 15 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanacaqlar. Lotereyanın unikallığı ondan ibarətdir ki, aksiyanın müddəti ərzində 3 tiraj baş tutacaq: 10 iyul, 10 avqust və 10 sentyabr. Tirajların hər birində 5 səyahət kuponu oynanılacaq.

Qeyd etmək istərdik ki, lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində Bankda olan mövcud əmanətin müddətini 50%-dək artırmaq tələb olunur.

Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "NIKOIL Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti