...

“British Airways” Azərbaycandan olan aviareyslər üçün terminalı dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2015 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"British Airways" aviaşirkətinin Bakıdan olan uçuşları Londonun Hitrou hava limanının mükafata layiq görülmüş və "British Airways" üçün doğma sayılan 5-ci Terminalla (T5) həyata keçiriləcək. Şirkətdən Trend-ə verilən məlumata görə, iyunun 30-dan etibarən Azərbaycandan olan sərnişinlər "Skytrax" təşkilatının ardıcıl olaraq 4-cü dəfə dünyanın ən yaxşı terminalı mükafatına layiq görülən T5-ə eniş edirlər. İl ərzində 30 milyon insanı qəbul etmək imkanına malik yüksək texnologiyalarla təchiz olunmuş T5 "British Airways" sərnişinlərinə rahat və gərginlikdən uzaq bir səyahət təklif edir.

Bakıdan Birləşmiş Krallığın ən böyük hava limanına olan uçuşlar əvvəllər 1-ci Terminala həyata keçirilirdi. 2014-cü ildə edilmiş bəyanata əsasən, "British Airways" Londonun Hitrou hava limanının üç terminalına həyata keçirdiyi uçuşları 2015-ci ilin sonunadək artıq iki - 3-cü (T3) və 5-ci terminallarda cəmləşdirəcək.

Orta Şərq və Mərkəzi Asiya regionundan, İordaniyanın paytaxtı Əmman və Livanın paytaxtı Beyrutdan olan uçuşlar da T1-dən T5-ə keçirilib.

"Uçuşların T5-ə keçirilməsi çox müsbət bir haldır, belə ki, artıq Azərbaycandan olan sərnişinlər daha yüksək keyfiyyətli səyahət xidmətlərindən və 188 istiqamətdə həyata keçirilən geniş uçuş şəbəkəmizdən daha çox faydalana biləcəklər. Müştərilərimiz pul və vaxtlarını dəyərləndirən insanlardır. T5 təcrübəli səyahətçilərə xidmət göstərir və sərnişinlərə uçuşadək olan vaxtlarını dəbdəbəli mağazalarda, həmçinin "British Airways"in möhtəşəm ab-havaya malik altı müxtəlif gözləmə zalında keçirə bilərlər" - deyə "British Airways"in Orta Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya meneceri Paolo De Renzis bildirib.

Sərnişinlərin səyahətlərinin həm yerdə, həm də səmada daha rahat və daha zövqlülüyünü təmin etmək üçün "British Airways" tərəfindən 5 milyard funt sterlinq həcmində investisiyanın bir hissəsi olaraq hava limanındakı gözləmə zallarının təkmilləşdirilməsinə yatırım edib. Hazırda terminalda yerləşən altı gözləmə zalının tikintisi 60 milyon funt sterlinqə başa gəlib: "The Concorde Room" (Konkord otağı), "The First Class Lounge" (Birinci sinif üçün gözləmə zalı), 3 "Club Lounges" (Klub gözləmə zalı) və "Arrivals Lounge" (Gələnlər üçün gözləmə zalı). Ümumilikdə "Qalereyalar" kimi adlandırılan zallar 2 500-dək sərnişini qəbul etmək imkanına malikdir və T5-in çeşidli mağazaları, həmçinin qida obyektlərinə yaxın yerləşir.

Yanvarda Britaniyanın dəb ikonası Laura Bayley 18 ay davam edən və 40 milyon funt sterlinq investisiya yatırımından sonra yenilənmiş T5-in açılışında iştirak edib.

"Bütün dünyadan olan sərnişinlərin T5-i möhtəşəm ticarət məntəqəsi kimi dəyərləndirməsi bir az təəccüblü görünə bilər. Yenidənqurma işlərindən sonra terminal "Fortnum & Mason", "Louis Vuitton", "Cartier", "Bottega Veneta", "Burberry" və "Dior" kimi dünya dəb brendlərinin mağazalarına ev sahibliyi edəcək", - deyə De Renzis əlavə edib.

Hitrou hava limanının əməliyyatlar üzrə baş icraçı direktoru Normand Boyvin qeyd edir ki, "Hitrounun 5-ci Terminalı bu yaxınlarda ardıcıl olaraq dördüncü dəfə Dünya Hava Limanı mükafatlarında (World Airport Awards) Dünyanın ən yaxşı hava limanı terminalı seçilib və bu bizim üçün şərəfdir: ""Louis Vuitton", "Burberry" və "Rolex" kimi dəbdəbəli brendlərin 22 mağazası yüksək keyfiyyətli xidmətlə fəaliyyət göstərir; Mişlen ulduzu ilə təltif olunmuş aşpazın "Gordon Ramsey's Plane Food" restoranı və 50-dək pulsuz kosmetik xidmətlər təklif edən Britaniyanın milli sərvəti (Fortnum & Mason) vahid bir məkanda fəaliyyət göstərir. 5-ci Terminal sərnişinlərə səyahət üçün mükəmməl başlanğıc imkanları təqdim edir və biz hazırda bağlanmış 1-ci Terminaldan uçan "British Airways"in müştərilərini qarşılamağa şadıq".

Yüksək çeşidli dəbdəbəli mağazalardan əlavə T5-ə keçirilən uçuşlardan yararlanan "First", "Club World" və "Gold Executive Club" üzvləri "British Airways"in təklif etdiyi 15 dəqiqəlik spa xidmətlərindən zövq ala bilərlər. Aviaşirkət dünyanın aparıcı dəriyə qulluq mütəxəssisi sayılan "Elemis" ilə əməkdaşlığının nəticəsi olaraq özəl müştərilərə səyahətlərinin tərkib hissəsi olaraq spa xidmətləri təklif olunur. Şimal qalereyalarında və gələnlər üçün nəzərdə tutulmuş qalereyalarda fəaliyyət göstərən iki böyük "Elemis Travel Spa" mərkəzində müştərilər altı müxtəlif prosedura otağından, o cümlədən "Club Lounge" qalereyalarında nisbətən kiçik ölçülü dörd prosedura otağından faydalana bilərlər.

"British Airways" Azərbaycandan Londonun Hitrou hava limanının 5-ci Terminalına həftədə altı dəfə uçuşlar həyata keçirir. Aviaşirkətin Londona olan uçuşlarının tam cədvəli və digər məlumatları ba.com saytından əldə etmək olar. Burada müştərilər ən ucuz qiymətlərlə tanış ola, sifariş, ödəniş və digər xidmətlərdən faydalana bilərlər.

"British Airways" haqqında:

∙ "British Airways" 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir;
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir;
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır;
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır;
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti