...

"AtaBank"–ın "KartoManiya" kampaniyası 500 manat qazandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 13:51 (UTC +04:00)
"AtaBank" ASC-nin martın 10-dan start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında 500 manatlıq uduş qazanılıb.
"AtaBank"–ın "KartoManiya" kampaniyası 500 manat qazandırdı

Azərbaycan, Bakı, 3 iyul /Trend/

"AtaBank" ASC-nin martın 10-dan start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında 500 manatlıq uduş qazanılıb. Bankdan Trend-ə verilən məlumata görə, kampaniyada iştirak edən müştəri Kamran Allahverdiyev apardığı nağdsız əməliyyat vasitəsilə 92 lotereya kuponu alıb və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirib.

Bundan başqa Bankın "Bakixanov", "Gənclik", "Nizami", "Gəncə", "Lənkəran", "Şəmkir", "Xaçmaz" və "Monolit" filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.

Keçən ildən fərqli olaraq "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə əvvəl olduğu kimi bu il də 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər!

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://i.instagram.com/atabank_asc/ ) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti