...

İtaliya Azərbaycanın inşaat sektoru ilə maraqlanır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 13:53 (UTC +04:00)
İtaliya və Azərbaycan arasında əlaqələrin genişləndirilməsində qeyri-neft sektorunun rolu getdikcə artır.
İtaliya Azərbaycanın inşaat sektoru ilə maraqlanır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

İtaliya və Azərbaycan arasında əlaqələrin genişləndirilməsində qeyri-neft sektorunun rolu getdikcə artır. Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo XXI Azərbaycan Beynəlxalq inşaat Sərgisi - "BakuBuild" ilə paralel 8-ci Beynəlxalq "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji" və 8-ci Xəzər Beynəlxalq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "Neft sektorunda əlaqələrimiz çox inkişaf edib və biz gələcəkdə qeyri-neft sektorunda da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq. İnşaat sahəsi bizi maraqlandıran istiqamətlərdən biridir".

Səfir qeyd edib ki, İtaliyanın təqribən 80 şirkəti bu il sərgidə iştirak edir, ötən il isə onların sayı 70-i ötmürdü: "Bu sərgi ölkələrimiz arasında təmasların qurulmasında və əlaqələrin inkişafında vacib rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti