...

“Günay Bank” digər banklarla birləşməkdən imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 13:45
“Günay Bank” "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşməklə bağlı planlardan imtina edib.
“Günay Bank” digər banklarla birləşməkdən imtina edib

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

"Günay Bank" "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşməklə bağlı planlardan imtina edib. Bunu Trend-ə "Günay Bank"ın İdarə Heyətinin sədri Emin Ağayev deyib.

Daha əvvəl banklar arasında öz aktivlərinin birləşdirilməsi ilə əlaqədar niyyət protoklu imzalanıb.

Onun sözlərinə görə, bu, olduqca çətin və uzun prosesdir: "Bildiyiniz kimi Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"ın lisenziyalarını geri çağırıb, bu da prosesi yubandırır". E.Ağayev qeyd edib ki, "Günay Bank" konsolidasiya üçün alternativ variantları hələ nəzərdən keçirmir: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"dan daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik. Bəyan etmək istəyirəm ki, "Günay Bank" birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti