...

2016-cı ilin 10 ən populyar tətil məkanı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 10:32 (UTC +04:00)

Bakı. Trend:

"British Airways" aviaşirkəti bu il Kosta-Rika, Lima (Peru) və Kaliforniyanın ürəyi sayılan və Silikon Vadisində yerləşən San-Xose şəhəri də daxil olmaqla populyar istiqamətlərə yeni marşrutlar istifadəyə verir.

"British Airways" aviaşirkətinin 2016-cı il üçün tətil məkanlarının təklif siyahısının əsasını sərnişinlər tərəfindən həvəslə gözlənilən yeni marşrutlar və artıq mövcud olan köhnə məkanlar təşkil edir.

"British Airways" şirkətinin səyahət üzrə mütəxəssisləri dünyanın ən dəbdəbəli səyahət istiqamətlərini araşdırıb və 2016-cı il üçün 10 ən populyar məkan seçiblər.

"British Airways"in məlumatına əsasən, ekzotik Kosta-Rikaya maraq yüksəlir, belə ki, müxtəlif yaş kateqoriyalarına aid macəra axtaranlar təbiəti zəngin olan ölkənin tropik meşələri ilə tanış olmağa və möhtəşəm çimərliklərində istirahət etməyə can atır. Perunun Lima şəhəri də səyahətçilərə tanınmış İnklər Cığırında ("Inca Trail") gəzintiyə çıxmağı və Maçu-Pikçu məbədinin qalıqlarını görməyi təklif edir. "British Airways" şirkəti yeni nəsil səyahətçilər üçün həm Mərkəzi, həm də Cənubi Amerikaya aviareyslərin açılmasını planlaşdırır.

Əyləncə axtaran səyahətçilər arasında Braziliyanın Rio-de-Janeyro şəhəri xəritədə öz yerini müvəffəqiyyətlə qoruyur və qarşıdan gələn Olimpiya və Paralimpiya oyunları şəhəri 2016-cı ildə əvəzolunmaz ziyarət məkanına çevirir. Yüksək texnologiyalar və sosial media istifadəçiləri olan biznes-səyahətçilər, həmçinin Kaliforniya xəyalında olan turistlər "British Airways"in yeni gündəlik uçuşları sayəsində Silikon Vadisinin paytaxtı San-Xose şəhərini ziyarət edə bilərlər.

"British Airways" şirkətinin Avropa üzrə məşhur uçuş istiqamətləri isə müştərilərə fərqli qitələrin günəşli şəhərlərində istirahət etmək üçün çox uzun məsafələr qət etmək məcburiyyətində olmadıqlarını göstərir.

"Biz düşünürük ki, 10 ən populyar istiqaməti seçərək "British Airways" müştərilərinə parlaq biznes-marşrutlarını və möhtəşəm istirahət məkanlarını təklif etmək elə də asan məsələ deyil. Geniş ümumdünya şəbəkəmiz sayəsində dünyanın hər nöqtəsində səyahət ekspertlərimiz mövcuddur və uçuşlar yerinə yetirdiyimiz ölkələrin sayına görə rəqibsiz təcrübəyə malikik. Bizim tərtib etdiyimiz siyahı sərt təbiətə malik Kosta-Rika, cazibədar Lima və Kaliforniyanın ürəyi sayılan Silikon Vadisində yerləşən San-Xose şəhərləri də daxil olmaqla marşrutların hərtərəfli planlaşdırılmasında vacib rol oynayır. Hesab edirik ki, müştərilərimiz arasında seçdikləri səyahət növündən və büdcələrindən asılı olmayaraq yeni və ən populyar istiqamətləri özündə əks etdirən siyahımız 2016-cı ildə yüksək populyarlıq qazanacaq", - deyə "British Airways"in Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionu üzrə direktoru Paolo de Renzis bildirib.

2016-cı il üzrə səyahətçiləri üçün seçilmiş əsas istiqamətlər:

Lima, Peru
Dünyaca məşhur İnklər Cığırı və möhtəşəm Maçu-Pikçu məbədi ilə populyar Peru bənzərsiz gözəlliyə sahibdir. Zəngin mədəni irs Perunu ziyarət və kəşf etməyə dəyən məşhur Cənubi Amerika məkanlarından birinə çevirir. "British Airways" sayəsində isə bu ilin may ayının 4-dən etibarən London və Lima arasında yeganə birbaşa aviareys açılacaq. Qeyd edək ki, Lima

Cənubi Amerikanın ən koloritli məkanları ilə əhatə olunub və qonaqları qitəni daha dərindən kəşf etməyə çağırır.

San-Xose, Kosta-Rika
"British Airways"ın ekzotik Kosta-Rikaya yeni aviareysləri macəra axtaranları və təbiəti sevənləri heyrətləndirəcək. Aprelin 27-dən "British Airways" London və Kosta-Rikanın paytaxtı San-Xose arasında birbaşa uçuşlara başlayacaq. Adıçəkilən ölkədə heyrətamiz vəhşi təbiət, sıx tropik meşələr, vulkanik zirvələr və möhtəşəm çimərliklər tapmaq olar.

Rio-de-Janeyro, Braziliya
2016-cı il Rio-de-Janeyroda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının başlanğıcı yaxınlaşdıqca sözügedən bu heyrətamiz Cənubi Amerika şəhərinə turistlərin yüksək axını gözlənilir. Fevralda dünyanın ən məşhur karnavalı Böyük Britaniyadan xeyli miqdarda ziyarətçi cəlb edəcək. Bir qədər sonra isə ölkə bütün dünyanı qəbul edəcək, belə ki, hər kəs səbirsizliklə Braziliyanın 2016-cı ilin avqustunda Yay Olimpiya Oyunlarını və sentyabrda Paralimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyini gözləyir.

San-Xose, Kaliforniya
"British Airways"ın Silikon Vadisinin paytaxtı sayılan San-Xose şəhərinə yeni gündəlik uçuşları sayəsində Kaliforniya xəyalları realliğa çevriləcək. Uçuşlar bu ilin mayın 4-dən etibarən "Boeing 787-9 Dreamliner" təyyarəsi ilə həyata keçiriləcək. San-Xose dünyanın proqram təminatı istehsalçılarının və minlərlə texnologiya startaplarının və Palo-Altodakı dünyaca məşhur Stenford Universiteti mərkəzi olmaqla yanaşı, həmçinin "Apple", "eBay" və "Google" kimi nəhəng şirkətlərin qərargahıdır. San-Xose - 1 saylı magistral boyu uzanan sahildə yerləşən Karmel və Monterey qonşu şəhərlərinə və inanılmaz gözəlliyə malik Yosemiti milli parkına əlverişli başlanğıc nöqtəsidir. "British Airways"ın San-Fransisko və Los-Anjeles şəhərlərinə uçuşları "Airbus A380" təyyarəsi ilə, San-Dieqoya isə "Boeing 787-9 Dreamliner" avialayneri ilə yerinə yetirəcək.

Благодаря ежедневным рейсам из лондонского аэропорта Гатвик до Тампы легко добраться и организовать отдых при огромном выборе мест для проживания, независимо от бюджета.

Tampa, Florida
Tampa "British Airways" şəbəkəsinin populyar istiqaməti adını əminliklə saxlayır, belə ki, ailə istirahətinə uyğun Florida 2016-cı ildə turistləri cəlb etmək üçün əlindən gələni əsirgəmir. Meksika körfəzinin ilıq suları, geniş çimərliklər və qızmar iqlim günəş altında istirahəti mütləq edir. Geniş hotellər seçimi fonunda büdcədən asılı olmayaraq Londonun "Gatwick" hava limanından Tampa şəhərinə gündəlik uçuşlar sözügedən istiqaməti əlçatan edir.

Zaltsburq, Avstriya
"Heathrow" və "Glasgow" hava limanlarından açılmış yeni aviareyslər sayəsində xizək idmanının mərkəzi sayılan Zaltsburq şəhəri daha da yaxın olub. Zəngin tarixə malik bu şəhər aviaşirkətin sevimli uçuş istiqamətlərindəndir. Qış istirahətini sevənlər yaxınlıqda yerləşən onlarla kurortların birində xizək sürüb, barokko dövrünə aid tarixi tikintilər və memarlıqdan həzz ala bilərlər. Şəhərin, həmçinin musiqi dünyası ilə də sıx əlaqəsi var. Belə ki, dəfələrlə musiqi mükafatları qazanmış Culi Endryusun "Musiqi sədaları" müziklın hadisələri məhz Zaltsburq şəhərində baş verir, eyni zamanda bu şəhər məşhur bəstəkar - Motsartın vətənidir.

Reykyavik, İslandiya

Böyük Britaniyadan bir neçə saatlıq məsafədə yerləşən İslandiya qeyri-adi təbiətə malikdir. Belə ki, cəlbedici vulkanik mənzərələr, lavadan yaranmış sahələr, qeyzerlər, buzlaqlar, şəlalələr, qara torpaqlı sahillər və heyranedici Qütb şəfəqini seyretmə imkanı İslandiyanı turistlər arasında sevimli məkana çevirir. "British Airways"ın yeni uçuşları isə bu adaya heyran olan turistlərin sayını xeyli artıracaq. Lakin İslandiyada, ən azından Reykyavikdə, qar və buzdan fərqli əyləncələr və məkanlar tapmaq mümkündür. Belə ki, dünyanın ən şimal və qeyri-adi paytaxtı sayılan Reykyavikdə kosmopolit ab-havası mövcuddur.

Valensiya, İspaniya
Cari ilin noyabrın 6-dan etibarən başlayacaq "Gatwick" hava limanından Valensiyaya birbaşa uçuşlar sayəsində İspaniyanın sayca üçüncü ən iri bu şəhərinə cəlb edilən ziyarətçilərin sayı xeyli artacağı gözlənilir. "British Airways" həftədə 4 uçuş ilə başlayacaq və yay aylarında uçuşların sayını 6-ya çatdırmağı planlaşdırır, beləliklə, Valensiya istiqaməti aviaşirkətin günəşli İspaniyaya sayca 15-ci marşrutu olacaq. Yaxınlıqda yerləşən möhtəşəm çimərliklər buranı ailəvi istirahət məkanına çevirir. Bununla yanaşı Valensiya çoxsaylı festival, nəfis tarixi binalar, heyrətamiz futuristik arxitektura və möhtəşəm muzeyləri ilə turistləri cəlb edir. Günəş batdıqdan sonra isə turistlər Valensiyanın coşqun gecə həyatına axın edir.

Vyana, Avstriya
Çox az sayda Avropa şəhəri Vyana qədər böyük miqyasda mədəni irsə, tarixə, cazibəyə və çoxsaylı kafe, muzey və yüksək səviyyəli musiqi festivallarına sahibdir. "British Airways"ın 2015-ci ilin sentyabrdan başlamış "Heathrow" hava limanından uçuşları ən gözəl və məşhur Rinqştrasse bulvarının 150 illiyini qeyd etmiş Vyana şəhərinə turistlərin sayını artiracaq.

Krakov, Polşa
Roma Papasının Dünya Gənclər Gününü qeyd etmək üçün Krakova üz tutması yüksək turist axınına səbəb olacaq. Ötən il yeni ekspress qatar stansiyasının açılışı nəticəsində aeroportdan şəhər mərkəzinə cəmi 18 dəqiqəyə çatmaq mümkündür. Avropanın ən böyük meydanı sayılan Rınek Qlovnı ərazisində restoran və barlar turistlər arasında yüksək populyarlıq əldə edib.

"British Airways" haqqında:
∙ "British Airways" 10-u İngiltərə, 106 Avropa və 83 dünyanın digər istiqamətlərinə olmaqla 199 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti