...

Lizinqə götürülən kənd təsərrüfatı texnikasına görə 56 milyon manat güzəşt edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 16:32 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 25-də “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.
Lizinqə götürülən kənd təsərrüfatı texnikasına görə 56 milyon manat güzəşt edilib

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 25-də "Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı, Kəlbəcər və ətraf rayonlardan 109 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 4 170 931,17 manat məbləğində 224 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 602 127,67 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına görə güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən 49 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda "Aqrolizinq" ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.

Bildirilib ki, xüsusi komissiyanın respublikanın 42 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 852 istifadəçiyə lizinqə verilmiş 1701 müxtəlif kənd təsərrüfatı texnikasına 10 046 057,24 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 520 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.

"Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə isə xüsusi komissiyanın qərarına əsasən, 4737 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 56 041 618,16 manat məbləğində güzəşt tətbiq olunub.

H.Əsədov görüş zamanı dörd şəhid ailəsi və bir nəfər Qarabağ müharibəsi veteranına növbədənkənar MTZ-892 markalı traktorun sənədlərini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti