...

Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısında dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 19:17 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısında dəyişikliklər edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, siyahının "Qeydiyyata alınan əmlak növləri" sütununda 4-cü hissə aşağıdakı redaksiyada verilir:

"Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri".

5-ci hissə aşağıdakı redaksiyada verilir:

"Texnoloji nəqliyyat vasitələri, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti