...

Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 15:32 (UTC +04:00)
İyunun 13-də Romada Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının IV iclası keçiriləcək.
Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı müzakirə olunacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

İyunun 13-də Romada Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının IV iclası keçiriləcək. İclas hər iki ölkənin biznesinin iştirakı üçün açıq olacaq. Bunu Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyib.

Onun sözlərinə görə, iclas ölkələr arasında əməkdaşlığı müzakirə etmək üçün yaxşı imkan və əlaqələrin vacibliyinin göstəricisi olacaq.

İtaliyanın Bakıdakı Ticarət Palatasının sədri Luici D'Aprea Trend-ə bildirib ki, İtaliya neft-qaz sahəsində birgə layihələrin artmasını gözləyir: "Gözləntilərimiz böyükdür və istənilən vaxt Azərbaycanla əməkdaşlığa hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti