Bakı. Trend:
Bank of Baku-nun "Bolkart"lılar üçün xüsusi olaraq start verdiyi yay silsilə kampaniyalarından daha birinin bu gündən etibarən icrasına başlanır.
“Bolkartla alınan tur paketlərə +2 ay hədiyyə” şüarı altında keçirilən kampaniya çərçivəsində "Bolkart" müştəriləri indi daha əlverişli şərtlərlə turpaket əldə edib, bu yay istirahətindən zövq ala biləcəklər.
Belə ki, "Bolkart" partnyor şəbəkəsinə daxil olan istənilən turizm şirkətindən alınan turpaketin ödənişinə +2 ay hədiyyə olunacaq. Bununla da, "Bolkart"lılar 3 və ya 6 ay ödənişli şirkətlərdən turpaket aldıqları halda, müvafiq olaraq, 5 və ya 8 aya bölüb hissə-hissə ödəyə biləcəklər.
Kampaniya 31 avqust 2016-ci il tarixinədək əldə olunan bütün tur paketlərə şamil olunur.
Bolkart partnyor şəbəkəsinə daxil olan turizm şirkətləri haqqında məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku