...

IFC və Azərbaycan Bank Tədris Mərkəzi bank sektorunu gücləndirməyə kömək edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 14:28 (UTC +04:00)
IFC və Azərbaycan Bank Tədris Mərkəzi bank sektorunu gücləndirməyə və maliyyənin əlçatımlığını artırmağa kömək edirlər.
IFC və Azərbaycan Bank Tədris Mərkəzi bank sektorunu gücləndirməyə kömək edirlər

Bakı. Trend:

IFC və Azərbaycan Bank Tədris Mərkəzi bank sektorunu gücləndirməyə və maliyyənin əlçatımlığını artırmağa kömək edirlər.

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycan Bank Tədris Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində ötən ilki devalvasiya və neft qiymətlərinin hazırkı aşağı səviyyəsi şəraitində banklara risk idarəetməsi sistemlərini gücləndirməkdə və kreditləşməni davam etdirməkdə yardım edəcək.

Bu barədə Trend-ə IFC-dən verilən məlumatda bildirilir.

IFC-nin məsləhətçi qolu və Azərbaycan Bank Tədris Mərkəzi növbəti 12 ay ərzində risk idarəçiliyi, likvidlik və problemli aktivlərlə bağlı məsələlərin həlli mövzuları üzrə seriya seminarlar keçirəcəklər. Bu təşəbbüs Azərbaycanda bir çox müəssisələr üçün əsas çağırışlardan biri olan maliyyə resurslarına çıxışı genişləndirmək məqsədilə maliyyə sektorunun dayanıqlığının və maliyyə institutlarının institutsional potensialının artırılması istiqamətində səylərin tərkib hissəsidir.

2015-ci il ərzində manat devalvasiyasının nəticələrini və onun bank sektoruna təsirini azaltmağa çalışan ölkə üçün iqtisadi sabitlik, artım və iş yerlərinin açılması baxımından biznes, xüsusilə də kiçik və orta müəssisələr (KOM-lar) üçün maliyyə əlçatımlığının yaxşılaşdırılması olduqca önəmlidir.

“ABTM Azərbaycan banklarına post-neft dövrünə adaptasiya olunmaqda və KOM-ın maliyyələşməsi işinin yaxşılaşdırmaqda köməklik etməyi qarşısına məqsəd kimi qoymuşdur. Biz əminik ki, biz BMK ilə birlikdə bu məqsədə çatacağıq” deyə ABTM-nin direktoru Cavanşir Abdullayev bildirmişdir.

“Çətin dövrlərdə riskləri yetərincə yaxşı qiymətləndirə bilməyən banklar KOM-lara kreditlərin verilməsini dayandırmağa qərar verirlər, – deyərək IFC-nin Azərbaycan üzrə Ölkə Nümayəndəsi Aliyə Əzimova qeyd etdi. – Bu problemin öhdəsindən gəlmək üçün Beynəlxalq Maliyyə Korporasiyası və bizim yerli tərəfdaşımız olan Bank Tədris Mərkəzi riskləri idarə etməkdə və kreditlərin qaytarılmasında çətinliklər yaşayan müştərilərlə işi qurmaqda maliyyə müəssisələrinə kömək edəcəyik ki, onlar iqtisadiyyatın özəl sektorun üçün vacib olan maliyyə imkanlarını təqdim etməyə davam etsinlər.”

IFC tərəfindən icra edilən və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən Avropa və Mərkəzi Asiyada Maliyyə Sistemlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində həyata keçirilən bu fəaliyyət KOM-lar üçün innovativ həllər təqdim etməyə, banklarda bu biznes istiqamətini genişləndirməyə və kiçik sahibkarlara verilən kreditlərin həcmini artırmağa xidmət edir.

Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və sənaye daxil olmaqla bir sıra sahələrdə icra edilmiş 55 uzun-müddətli layihəyə IFC 460 milyon ABŞ dollarından artıq yatırımlar etmişdir ki, bu maliyyənin təqribən 73 milyonu digər kreditorlardan cəlb edilmişdir. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı daxilində indiyə kimi 78 milyon ABŞ dollarına yaxın ticarət dövriyyəsini dəstəkləmiş və özəl bölmənin inkişafını təşviq etmək məqsədilə bır sıra məsləhətçi xidmətləri layihələri icra etmişdir.

2015 maliyyə ilində IFC dünya miqyasında inkişaf edən ölkələrə az qala 18 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.

IFC haqqında
IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl bölmənin inkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır. 2000-dən çox özəl müəssisə ilə işləyərək, biz kapital, təcrübə və təsirimizdən istifadə edib, buna ən çox ehtiyac duyulan yerlərdə yeni imkanlar açırıq. 2015 maliyyə ilində inkişafda olan ölkələrdə uzun-müddətli sərmayələrimizi az qala 18 milyard ABŞ dollara yüksəldərək biz özəl bölməyə ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edirik. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun: www.ifc.org.

Bizi izləyin
www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts
www.ifc.org/SocialMediaIndex
www.instagram.com\ifc_org

SECO haqqında daha ətraflı məlumat əldə etmək üçün www.seco-cooperation.admin.ch saytına daxil olun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti