Bağlanan 2 bankın əmanətçilərinin nəzərinə!

Bakı. Trend:
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.
Trend-in Fonda istinadən verdiyi məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
Azərbaycanda iki bank müflis elan edildi
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, kompensasiyalar bankın müflis elan olunmasından 7 gün sonra, yəni avqustun 23-dən ödəniləcək.