...

"Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2016 12:49 (UTC +04:00)
Bakı Avrasiyanın koordinasiya mərkəzi olmaq üçün bütün zəruri imkanlara malikdir.
"Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik" (FOTO)

Bakı. Azad Həsənov - Trend:

Bakı Avrasiyanın koordinasiya mərkəzi olmaq üçün bütün zəruri imkanlara malikdir.

Trend-in məlumatına görə, bunu "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi deyib.

O bildirib: "Biz Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik. İnanırıq ki, sizin bunun üçün zəruri olan yüksəK texnologiyalarınız və resurslarınız var. Bizim isə təcrübəmiz var. Bütün bunları birləşdirərək biz ("DP World" və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - red.) vahid güclü kommersiya strukturuna çevrilə bilərik".

S.Ə.Sulaimi qeyd edib ki, Ələt qəsəbəsində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında azad ticarət zonasının yaradılması ixracın inkişafı üçün çox vacibdir.

O əlavə edib ki, Azərbaycan son 20 ildə güclü inkişaf edib: "Dövlət başçısı ciddi uğurlara nail olub və bu məndə inam yaradır ki, azad ticarət zonası konsepsiyası çox uğurlu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti