...

Azərbaycan bankının törəmə strukturunda dəyişikliklər, TƏYİNAT var

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2016 16:11 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Kəmalə Nuriyeva PASHA Bank-ın Türkiyədə törəmə strukturu PASHA Yatırım Bankası-nın Direktorlar Şurasının tərkibinə daxil edilib. Trend bu barədə bankın saytına istinadən məlumat verir.

Məlumata əsasən, hazırda bankın Direktorlar Şurasının tərkibinə 9 nəfər daxildir - sədr Əli Kamalov, onun müavini Cəlal Qasımov və Şuranın üzvləri Taleh Kazımov, Şahin Məmmədov, Kəmalə Nuriyeva, Sürəyya Serdenqeçti, Məsut Özdinç, Adnan Akyol və Cenk Eynexan.

Bundan başqa, daha bir təynat olub. Belə ki, Halə Yıldırım baş direktorun müavini təyin edilib.

PASHA Bank 2007-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti