Bakı. Trend:
Latviya-Azərbaycan biznes-forumu keçiriləcək.
Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, iyulun 17-də Latviyanın paytaxtı Riqa şəhərində Latviya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır.
Forum çərçivəsində latviyalı iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.
Latviyaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar iyulun 7-dək Fondla əlaqə saxlaya bilərlər.