Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Türkiyə avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında elektron informasiya mübadiləsi sistemi yaradılması barədə saziş imzalayıblar.
Trend-in məlumatına görə, sənəd bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi tərəfindən imzalanıb.