...

Azərbaycan neftinin SON QİYMƏTİ

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2017 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 53,85 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 53,85 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 0,03 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 53,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 25-də 50,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 25-də 52,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti