...

“AtaTravel” MMC-dən “5 hədiyyə yağışı”

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 18:03 (UTC +04:00)
“AtaTravel” MMC oktyabrın 7-də Qubada keçiriləcək alma festivalına “5 hədiyyə yağışı” adlı səyahət turu təklif edir.
“AtaTravel”  MMC-dən “5 hədiyyə yağışı”

Bakı. Trend:

“AtaTravel” MMC oktyabrın 7-də Qubada keçiriləcək alma festivalına “5 hədiyyə yağışı” adlı səyahət turu təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, səyahət turunun 1 nəfər üçün qiyməti 25 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat, səhər yeməyi, ekskursiyalar, tur rəhbər və professional foto çəkiliş daxildir. Alma festivalında konsert proqramı və müxtəlif əyləncəli oyunlar keçiriləcək. 5 yaşadək uşaqların iştirakı pulsuzdur.

“5 hədiyyə yağışı” çərçivəsində 30 sentyabr tarixinə qədər qeydiyyatdan keçənlər müştərilərə “AtaTravel” MMC tərəfindən 20% endirim ediləcək, Bakcell abunəçilərinə 10 dəqiqə danışıq hədiyyə, “AtaTravel” MMC-dən bonus hədiyyə kartı hədiyyə və hər iştirakçıya 1 kq alma hədiyyə olunacaq. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.

Quba rayonu Azərbaycanda ən yaxşı almalar yetişən region kimi məşhurdur. Bu regionun payına almaların çox olması ilə yanaşı almanın müxtəlif növlərinin olması da daxildir. Festival şəhərin əsas meydanında keçiriləcək, qonaqlara almanın müxtəlif növləri, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş olunacaq.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti