...

Gömrük orqanlarının sahibkarlığın dəstəklənməsində rolu artırıla bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2018 12:12 (UTC +04:00)
Azərbaycanın gömrük orqanları ölkədə sahibkarlığı dəstəkləməlidir
Gömrük orqanlarının sahibkarlığın dəstəklənməsində rolu artırıla bilər (FOTO)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın gömrük orqanları ölkədə sahibkarlığı dəstəkləməlidir.

Trend-in məlumatına görə, bunu “Yaşıl Dəhliz – Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi” mövzusunda “dəyirmi masa” zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini bildirib ki, bu, əsasən sənaye zonalarının rezidentlərinə aiddir.

“İldən-ilə sənaye zonalarının rezidentləri xammal, avadanlıq idxalını artırır. Burada gömrük rəsmiləşdirilməsi məsələləri çox vacibdir. Gömrük sahibkarları dəstəkləməlidir və biz bu məqsədlə müzakirələr aparırıq. Bizim məqsədimiz şəffaflığı artırmaq, gömrük prosedurlarının sayını azaltmaq, prosesin operativliyini artırmaq və elektron xidmətlərin tətbiqini genişləndirməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti