Bakı. Sara İsrafilbəyova - Trend:
2018-ci ildə Azərbaycanda səyyar vergi yoxlamalarının sayı ötən illə müqayisədə 3 dəfə azalıb.
Trend-in məlumatına görə, bunu Vergilər Məcəlləsinə dəyişikliklərə həsr olunmuş tədbir zamanı vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bildirib ki, il ərzində 1400 səyyar vergi yoxlaması keçirilib.
Qeyd edək ki, 2021-ci ilin yanvarınadək biznesin yoxlanmasına moratorium qüvvədədir. Lakin bu moratorium illik dövriyyəsi 120 min manatdan çox şirkətlərə şamil olunmur.