...

"KARVAN-L" şirkətlər qrupunun İcraçı Direktoru Rəna Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2019 14:22 (UTC +04:00)
TDTSPin İstanbulda keçirilən 1-ci Baş Assambleyasında Rəna Qafarova daxil olmaqla, Azərbaycandan 5 üzv seçilmişdir.
"KARVAN-L" şirkətlər qrupunun İcraçı Direktoru Rəna Qafarova Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.

Bakı. Trend:

Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan TDTSPin İstanbulda keçirilən 1-ci Baş Assambleyasında Rəna Qafarova daxil olmaqla, Azərbaycandan 5 üzv seçilmişdir.

Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən "KARVAN-L" MMC türkdilli ölkələrinin biznes mühiti və iqtisadiyyatının inkişafına töhvə verməyə çalışır.

Ölkəmiz bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Vüqar Abbasov, Fərhad Qaraşov, Şahmar Vəliyev və Rəna Qəfərovadan ibarət nümayəndə heyəti tərəfindən təmsil olunub. İlkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan vəTürkiyə təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir

Qeyd edək ki, Rəna Qafarova "KARVAN-L" MMC şirkətlər qrupunun baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, “Karvan L” MMC-ə məxsus şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti