Bakı. Nərgiz İsmayılova - Trend:
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC tərəfindən 2020-ci ilin ilk yarısında 18 980 konteyner daşınıb.
Bu barədə Trend-ə "ADY Container" MMC-dən bildiriblər.
Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 50 faiz çox olub. Artımın 33 faizi tranzit daşımaların payına düşüb.
2019-cu ilin ilk yarısında yük daşımalarının həcmi 12 647 konteynerə bərabər olub.