...

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 11 milyon tona çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2021 12:27 (UTC +04:00)
Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 11 milyon tona çatıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 10,97 milyon ton təşkil edib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Qeyd olunub ki, beynəlxalq yükdaşımaları 5,438 milyon ton təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Tranzit yükdaşımaları 3,448 milyon tona bərabər olub və 15,4 faiz artıb.

Hesabat dövründə daxili yükdaşımalar 0,95 faiz azalaraq 2,084 milyon ton təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner daşımaları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 84 faiz artıb. Hesabat dövründə 17 635 konteyner daşınıb ki, bu da ötən ilki göstərici ilə müqayisədə 9 598 konteyner çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti