...

Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar qeydiyyata alınıb - Deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2022 12:22 (UTC +04:00)
Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar qeydiyyata alınıb - Deputat
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar və 150 mindən çox hüquqi şəxs qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinin bu cür artımına Azərbaycan hökumətinin reallaşdırdığı proqramlar və tədbirlər xidmət edib.

"2000-ci illərin əvvəlindən Azərbaycanda 650-dən çox istehsalat obyekti yaradılıb. Bu, ümumi daxili məhsulda istehsal və sənayenin payını əhəmiyyətli dərəcədə artırıb", - deputat deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda biznesin stimullaşdırılması və təşviqi üçün müvafiq proqramlar hazırlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti