...

Azərbaycanda nağdsız pul vəsaitlərinin dövriyyəsi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2022 11:13 (UTC +04:00)
Azərbaycanda nağdsız pul vəsaitlərinin dövriyyəsi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nağdsız pul vəsaitlərinin dövriyyəsi altı milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, bu il bank kartlarının sayı 2 milyon artaraq təxminən 12 milyona çatıb.

"Bundan başqa, Azərbaycanda bank ofisinə getmədən hesab açmaq və onlayn kart sifariş etmək imkanı yaradılıb", - deyə o bildirib.

Z.Nuriyev qeyd edib ki, dünyada neobanklar, yəni rəqəmsal banklar trendi inkişaf edir.

"Azərbaycanda ilin ilk dörd ayının yekununda bank aktivləri 40 milyard manat təşkil edib", - assosiasiya sədri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti