...

Beş il ərzində Azərbaycanda kartla ödəmələrin həcmi 14 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2023 13:59 (UTC +04:00)
Beş il ərzində Azərbaycanda kartla ödəmələrin həcmi 14 dəfədən çox artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Son beş il ərzində Azərbaycanda kartla ödəmələrin həcmi 14,1 dəfə, 2022-ci ildə isə 2021-ci illə müqayisədə 2,2 dəfə çox artıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

"Qeyd etmək istəyirəm ki, 2022-ci ildə nağdsız ödənişlər ümumi dövriyyənin 43,5 faizini təşkil edib", - o deyib.

Z.Nuriyev 2022-ci ilin yekunlarına əsasən Azərbaycan banklarının kredit portfelinin 19,6 milyard manat olduğunu, hesabat dövründə banklardakı depozitin 33,8 milyard manat təşkil etdiyini qeyd edib.

"Bu göstəricilər əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hesab edirəm ki, bu cür dinamik artımın əsasında bankların aktiv şəkildə tətbiq etdiyi rəqəmsallaşma dayanır", - o deyib.

Z.Nuriyevin sözlərinə görə, ötən il ABA hüquqi bazanın optimallaşdırılması istiqamətində 80-dən yuxarı addım atıb.

"Bu il ölkəmizin maliyyə sektorunun sadələşdirilməsinə və sürətli inkişafına yönəlmiş qanun layihələrinin qəbul ediləcəyini gözləyirik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti