...

PAŞA Bank m10 vasitəsilə QR-tranzaksiyaların həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2024 16:08 (UTC +04:00)
PAŞA Bank m10 vasitəsilə QR-tranzaksiyaların həcmini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yekunlarına görə, m10 metodu vasitəsilə 81 milyon manatdan yuxarı məbləğdə əməliyyatlar həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas uğurlardan biri "PAŞA Bank"ın POS-terminalları vasitəsilə m10 QR-tranzaksiyaların tətbiqi olub.

"Bu yenilik 81 milyon manatdan yuxarı məbləğdə 3,5 milyon əməliyyatı icra etməyə imkan verib ki, bu da müştərilər arasında "PashaPay"ə yüksək tələbatdan və metodun səmərəliliyindən xəbər verir", - İdarə Heyətinin sədri əlavə edib.

O qeyd edib ki, PAŞA Bank B2B istiqamətini aktiv şəkildə inkişaf etdirməyə davam edir.

"Azercell rəqəmsal kartı (akart) da mühüm nailiyyətlər nümayiş etdirib. akart istifadəyə buraxıldıqdan sonrakı 3 il ərzində tranzaksiyaların ümumi sayı 500 milyonu ötüb, əməliyyatların məbləği isə 3,2 milyard ABŞ dolları olub", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti