...

Bakıda Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 15:55 (UTC +04:00)

Bakıda Azərbaycanla-Türkiyə arasında əməkdaşlığın inkişafı və kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə növbəti 4-cü iclası çərçivəsində məsələlər müzakirə olunub. Bu barədə Trend məlumat verib.

İclasın açılışında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov çıxış edərək Türkiyə hökumətinin yardımı ilə aqrar sahədə əldə olunan uğurlardan danışıb.

Komitə 1994-cü ildə imzalanmış protokol əsasında yaradılıb.

Azərbaycan tərəfdən kənd təsmərrüfatı nazirinin müavini Bəhram Əliyevin və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin idarəsinin rəhbəri Mehmet Başanın sədrliyi ilə keçirilən iclasda görülən işlərin yekunu müzakirə olunub. Eyni zamanda, bitkiçilik, toxumçuluq, Azərbaycanda birgə bioloji laboratoriyanın yaradılması, Türkiyə tərəfinin bu laboratoriya üçün avadanlıqların alınmasında yardım etməsi, meyvə və tərəvəz istehsalı üzrə birgə müəssisələrin yaradılmasının vacibliyi vurğulanıb.

Dekabrın 13-dən etibarən Azərbaycanda olan Türkiyənin nümayəndə heyəti bu müddətdə Nazirliyin strukturları ilə tanış olublar və Xaçmaz rayonunun Qaraçiçək kəndində Azərbaycan-Türkiyə toxumçuluq təsərrüfatında olublar.

Xəbər lenti

Xəbər lenti