...

Azərbaycan hökuməti AİB-in özəl sektora aid qiymətləndirməsi ilə razı deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2006 17:08 (UTC +04:00)

Trend bildirir ki, fevralın 23-də Asiya inkişaf bankı (AİB) və Azərbaycan hökuməti ölkədə dövlət idarəçiliyi və özəl sektorun vəziyyətinin qiymətləndirilməsi nəticələri ilə bağlı müzakirələrə başlayıb. Birinci gün müzakirələr dövlət orqanlarının nümayəndələri ilə aparılacaq, ikinci günü isə yerli və beynəlxalq QHT, respublikada təmsil olunmuş beyənlxalq maliyyə təşkilatlarının nümayəndələri, donorlar dəvət olunub.

Müzakirələr zamanı iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov özəl sektorun qiymətləndirilməsində istifadə olunmuş məlumatlarla bağlı narazılığını bildirib.

O, hesabatın qeyri-obyektivliyini bununla əsaslandırır ki, qiymətləndirmədə istifadə olunmuş məlumatlar köhnədir və ölkə iqtisadiyyatını tamamilə əhatə etmir. O, hesab edir ki, həmin hesabat Azərbaycanın cəlb ediciliyini azalda bilməz. AİB nümayəndəliyinin rəhbəri Metyu Vestfol onun iddiası ilə razılaşıb, heç olmasa ona görə ki, 2005-ci ildə ÜDM-nin artımı 26,7% təşkil edib. AİB-in qiymətləndirməsinə görə, 2006-cı ildə iqtisadi artım 30,2% təşkil edəcək.

M.Vestfol həmin sənədi AİB-in Maniladakı baş ofisinin məsləhətçiləri və ekspertləri tərəfindən hazırlanmış ilkin qiymətləndirmə hesabatı hesab edir. Hesabat ümumi standart əsasında işlənib hazırlanıb və 2005-ci ildə AİB-in ekspertləri bir neçə dəfə məlumat toplamaq üçün Azərbaycana gəlib. M.Vestfol ölkə iqtisadiyyatının dinamik inkişafını qəbul edir və hesabat üzərində iş davam etdiriləcək. Direktorlar Şurasının bu hesabatı təsdiq etməsinə baxmayaraq bu sənədə hər il baxılacaq. Hazırda işçi qrup hökumətin narazılığı əsasında hesabatın təkmilləşdirilməsini həyata keçirir. Bankın təsdiqinə Azərbaycanla razılaşdırılmış variant təqdim olunacaq.

M.Cabbarov hesab edir ki, hesabatda özəl sektorun inkişafı aşağı templə 0,1% səviyyəsində qeyd olunub, həqiqətdə isə inkişaf 6-8% və bəzən 14% təşkil edir. "Mən düşünmürəm ki, ölkənin investisiya cəlb ediciliyi AİB-in hesabatının açıqlanması ilə azalacaq. Çünki həmin meyar üzrə Azərbaycan təkcə regionda deyil, həm də bütün dünyada aparıcı mövqe tutur" -deyə nazir müavini qeyd edib. Onun fikrincə, özəl sektorun inkişafında prioritet rolu məhkəmə sisteminin təkmilləşdirilməsi oynayır və bu istiqamətdə tezliklə DB ilə layihənin gerçəkləşdirilməsinə başlancaq.

Hələ 10 il öncə biz BMİ ilə neft axınının artım şərtilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında təhlükəyə dair danışıqlara başlamışıq. M.Cabbarov hesab edir ki, ölkədə qeyri-neft sektorunu tənzimləyirik və son illər ərzində Azərbaycanda ixrac potensiyalı ikiqat artıb ki, bu da inikşafın aşağı tempi ilə bağlı təsdiqin əksinədir. O, həm də qeyd edib ki, özəl sektorun genişləndirilməsi üçün hökumət kənd təsrrüfatı istehsalçıları üçün vergi tətili tətbiq edib. Bundan başqa, dövlət investisiyalarının əsas hissəsi infrastrukturun inkişafına yönəldilib və 2006-cı ildə bu məqsədlə dövlət büdcəsində 600 mln.AZN.nəzərdə tutulub.

Ümumiyyətlə, nazir müavini hesab edir ki, yalnız bu istiqamətdə deyil həmçinin ölkədə bank sektoru, işgüzar mühit, kənd təsərrüfatı və AİB-in hesabatında öz əksini tapmış digər istiqamətlərdə düzgün qiymətləndirmə üçün daha əsaslı yanaşma tələb olunur. Bunun üçün hazırkı artım tempi də nəzərə alınmalı və MDB, Şərqi Avropa ölkələri ilə müqayisədə təhlil aparılmalıdır.

AİB-in Şərqi və Mərkəzi AsiyaDepartamentində ticarət, maliyyə və idarəetmə bölməsinin direktoru Noy Siaxaçanx ölkədə özəl sektorun inkişafı üçün iki əsas vəzifə ayırıb. Bu, yerli təşkilatların gəlbediciliklə bağlı potensialının yüksəldilməsi və Hollandiya sindromunun baş verməməsi üçün özəl sektorun potensialının maliyyələşdirilməsi və istifadəsinin mənimsənilməsidir.

Xəbər lenti

Xəbər lenti