...

Bank of Baku "Bayram sonatası" lotoreyasının ikinci qalibini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 17:50 (UTC +04:00)

İyunun 17-də saat 22:50-də SRACE TV-də canlı yayımda Bank of Baku "Bayram sonatası" lotoreya kampaniyasının oyununu keçirib və "Hyundai Sonata" avtomobilinin 2-ci sahibini müəyyən edib. Trend in verdiyi xəbərə görə, bu barədə bankın press-relizində qeyd olunub.

Uduş fondu avtomobil, videokamera və DVD pleyerlərdən ibarət lotoreya oyunu zamanı qaliblərin adları müəyyən olunub.

"Hyundai Sonata" avtomobilinin xoşbəxt sahibi N. Xanmədova olub. Lotoreyanın obyektiv keçirilməsini təmin etmək üçün mətbuat, bank assosiasiyası, "Avrasiya" Fondu və MBASK sığorta şirkətinin nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb.

Sonda bank nümayəndələri iyulun 1-dən "100 manata Accent" adlı yeni depozit kampaniyasının başlanmasını elan ediblər.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə bankın depozit portfeli ilin əvvəlindəki göstəriciyə nisbətən 45% artıb.

Xəbər lenti

Xəbər lenti