...

Azərbaycanın sığorta bazarında yeni şirkət meydana çıxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2006 20:23 (UTC +04:00)

Maliyyə Nazirliyindən Trend ə verilən məlumata əsasən, nazirlik yeni yaranmış "Pasha" SC-yə mövcud qanunvericiliyə müvafiq olaraq sığorta fəaliyyətini həyata keçirmək üçün xüsusi icazə verib. Bu, son vaxt ərzində sığorta fəaliyyəti üçün verilən ilk lisenziyadır.

Bu il Sığorat Nəzarəti üzrə Dövlət İdarəsi "Azərqarant" və "Abşeron" sığorta şirkətlərində aparılan yoxlamalar nəticəsində aşkarlanmış pozuntularla əlaqədar olaraq lisenziyalar məhdudlaşdırılıb. Ötən il nazirlik "Günay Anadolu" və "Era Trans" şirkətlərinin bəzi sığorta növləri üzrə lisenziyalırını etibarsız elan edib. Bu şirkətlər indiyə qədər məhdudlaşdırılmış lisenziyalarla fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti