...

Azərbaycanın Nəqliyyat Nazirliyi Tovuzun kənarından keçəcək yolun inşa dəyərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 14:57 (UTC +04:00)

Tovuz şəhərinin kənarından keçəcək dairəvi yolun inşa layihəsinin dəyəri $12,1 mln həcmində qiymətləndirilir. Bu barədə Trend ə Nəqliyyat Nazirliyindən məlumat verilib. Bu layihənin maliyyələşdirilməsi üçün $10,285 mln məbləğində vəsait (35 il, 10 il güzəşt dövrü, 0,75%) Dünya bankı, $1,815 mln isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.

Yolun inşası üzrə işçi layihə Finlandiyanın Finnroad şirkəti tərəfindən hazırlanıb. Tikinti işlərinin 2006-cı ilin oktyabrında başlanması, 2008-ci ilin aprelində isə başa çatması nəzərdə tutulur. Hazırda layihə üzrə podratçı şirkət müəyyən edilir. Layihə Gəncə-Qazax avtomobil yolunun yenidənqurulması üçün DB-nin ayırdığı kredit çərçivəsində maliyyələşdiriləcək. Kreditin məbləği $40 mln təşkil edir. Vəsait Beynəlxalq İnkişaf Assosiasiyasının standart şərtləri əsasında ayrılıb. Tender çərçivəsində bir müqavilənin bağlanması nəzərdə tutulur. Layihə 18 ay müddətində icra ediləcək.

Hazırda Şəmkir-Qazax avtomobil yolunun bir hissəsinin yenidənqurulması başa çatır. Gəncə - Şəmkir yolunun yenidənqurulması isə ötən il başa çatıb.

Xəbər lenti

Xəbər lenti