Azərbaycan Milli Bankı (AMB) ölkədə vəsaitin plastik kartlar vasitəsi ilə ödənilməsi üçün infrasturkturun genişləndirilməsini təsdiq edir. Trend in AMB-nin məlumatına istinadən xəbər verdiyi kimi, 2006-cı il sentyabr ayının 1-nə Azərbaycan üzrə bankomatların sayı 947 ədəd olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 74 ədəd və ya 8,5 faiz çoxdur. Bankomatların 587-si və ya 62 faizi Bakı şəhərində, 360-ı və ya 38 faizi isə digər şəhər və rayonlarda yerləşir.
Hesabat dövrü ərzində Pos-terminalların sayı isə 1574 ədəd olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 587 ədəd və ya 59,5 faiz çoxdur. Pos-terminalların 1364-ü və ya 86,6 faizi Bakı şəhərində, 210-u və ya 15,4 faizi isə digər şəhər və rayonlarda yerləşir. Pos-terminalların sayının bu cür artımı prezidentin ölkədə nağdsız dövriyyənin genişləndirilməsi ilə bağlı imzaladığı sərəncamla izah olunur və bununla əlaqədar olaraq, onların ticarət şəbəkələrində quraşdırılması aktivləşdirilib.