...

Yanvar-aprel aylarında Azərbaycanda birja əməliyyatları üzrə azalma yalnız səhm bazarında müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə bağlanılmış əqdlərin ümumi həcmi 773,159 mln. AZN təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 316,21% çoxdur. Bu barədə cümə günü BFB-nin yaydığı məlumatda göstərilib.

Sövdələşmələrin 90,37%-i dövlət qiymətli kağızlarının payına düşür. 

Birja fəallığının artımı səhmlərin təkrar bazarı istisna olmaqla mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpıb. Burda azalma 33,72% təşkil edib.

Ən böyük artım repo əməliyyatlar seqmentində (683,78%) müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl (yanvar-aprel, 2007):

:

Bazarın seqmentləri 2007 (30.04.07)AZN 2006(30.04.06)AZN 2006-ci ilə faiz nisbəti
DQİ (AR MN) -  (yerləşdirmə) 33.619.685,86 24.128.598,20 139,34%
DQİ (AR MN) -  (təkrar bazar) 7.482.423,92 3.599.068,62 207,90%
Notlar (AR MB) - (yerləşdirmə) 401.864.304,40 150.120.791,08 267,69%
Notlar (AR MB) - (təkrar bazar) 53.555.508,06 13.945.980,04 384,02%
Repo əməliyyatlar 202.143.716,40 29.562.593,05 683,78%
Cəmi DQK bazarı 698.665.638,64 221.357.030,99 315,63%
Korporativ istiqrazlar - (yerləşdirmə) 14.786.172,19 7.310.803,20 202,25%
Korporativ istiqrazlar - (təkrar bazar) 2.366.192,43 873.462,15 270,90%
Səhmlər - (yerləşdirmə) 56.037.241,40 12.997.449,20 431,14%
Səhmlər - (təkrar bazar) 1.303.783,40 1.967.171,64 66,28%
Cəmi KQK bazarı 74.493.389,42 23.148.886,19 321,80%
CƏMİ 773.159.028,06 244.505.917,18 316,21%
Xəbər lenti

Xəbər lenti