...

Azərbaycan Gürcüstandan donuz məhsullarının idxalına qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Beynəlxalq Epizootik Büronun məlumatına görə, Gürcüstanda (Svanetiya, Cavaxetiya, Abxaziya, Acarıstan, Tiflis, Kaxetiya, Mçxeta, İmeretiya, Quriya, Kvemo-Kartli) donuzlar arasında "Afrika taunu" xəstəliyi qeydə alınıb.

Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti iyunun 7-dən Gürcüstandan donuz əti və donuz əti məhsullarının gətirilməsinə müvəqqəti qadağa tətbiq edib.

Dövlət xidmətindən verilən məlumata görə, Azərbaycanın sərhəd keçid məntəqələrində baytarlıq xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir və bu nöqteyi-nəzərdən ölkədə vəziyyət stabildir.

Xəbər lenti

Xəbər lenti