...

Nazir: "Hökumət Sahibkarlığa Yardım Milli Fondunun büdcədən maliyyələşdirilməsini dayandırmaq niyyətindədir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 14:44 (UTC +04:00)
Nazir: "Hökumət Sahibkarlığa Yardım Milli Fondunun büdcədən maliyyələşdirilməsini dayandırmaq niyyətindədir"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Hökumət Sahibkarlığa Yardım Milli Fondunun portfeli 500 mln. manata çatdıqdan sonra Fondun büdcədən maliyyələşdirilməsini dayandırmaq niyyətindədir. Bunu çərşənbə axşamı iqtisadi inkişakf naziri Heydər Babayev bildirib.

Onun sözlərinə görə, bu gün büdcədən fonda ötən ildə olduğu kimi 80 mln. manat (6 mln. manat Naxçıvan MR üçün) ayrılmasına baxmayaraq, fondun hesabına sahibkarlığın maliyyələşdirilməsi artır. Maliyyələşdirmə həmçinin geri qayıdan vəsaitlər hesabına da həyata keçirilir.

Nazir qeyd edib ki, fond tərəfindən ayrılmış kreditlərin faizlərinin ödənilməsi ilə yanaşı əsas borcun da qaytarılmasına başlanılıb.

Geri qaytarılan vəsaitlər hesabına 2006-cı ildə 90 mln. manat ayrılıb.

Çərşənbə axşamı iqtisadi inkişaf nazirinin müavini, Milli Fondun Müşahidə Şurasının sədri Niyazi Səfərov bildirib ki, hazırda fonda daha öncə verilmiş kreditlərdən 16 mln. manat qaytarılıb.

Xəbər lenti

Xəbər lenti