...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 14 Noyabr 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 13-də qiyməti 1 barrel üçün 88,9 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətdə 1 barrel üçün 2,24 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 13-də qiyməti 1 barrel üçün 87,97 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,28 dollar aşağıdır.

Azərbaycan həmçinin URAL növlü neftini Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 13-də URAL neftinin qiyməti 1 barel üçün 85,51 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,29 dollar aşağıdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 13-də qiyməti 1 barrel üçün 89,06 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 2,53 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti